Neftçalada Vətən müharibəsi şəhidlərinin il dönümü ilə əlaqədar olaraq ailələri ziyarət olunubbackend

2020-ci il sentyabrın 27-də düşmənin törətdiyi təxribata qarşı əks-hücumla başlanan 44 Günlük Vətən Müharibəsində şəhid olan Xankişiyev Nicat Aşur oğlunun, Əsgərov Fərid Ərəstun oğlunun, Əhmədov Xəyal Hüseyn oğlunun, Gözəlov Murad Zabil oğlunun, Məmmədov Natiq İltifat oğlunun, Aslanov Ağasadıq Xəlil oğlunun və Məmmədov Şahlar Şahin oğlunun şəhadətə yüksəlmələrinin ildönümü ilə əlaqədar olaraq ailələri ziyarət olunub.
Şəhidlərin il dönümünün ziyarət olunmasında Neftçala Rayon İcra Hakimiyyətinin başçısı Mirhəsən Seyidov, RİH-nin məsul şəxsləri, hüquq-mühafizə orqanlarının, idarə, müəssisə, təşkilatların rəhbərləri, din xadimləri, qazilər və şəhid ailələri iştirak edib.

Şəhidlərimizin ailə üzvləri dövlət tərəfindən göstərilən diqqət və qayğıya görə Ali Baş Komandan İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya minnətdarlıqlarını bildiribər.
Şəhid Xankişiyev Nicat Aşur oğlu 27 yanvar 1999-cu il Neftçala rayonu Həsənabad qəsəbəsində anadan olub. Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda 27 sentyabr 2020-ci il tarixindən başlayan Vətən müharibəsində iştirak edib, döyüşlərdə şücaət göstərib və Füzuli şəhəri uğrunda gedən döyüşlərdə qəhrəmancasına şəhid olub. Noyabr ayının 02-də Neftçala şəhəri Şəhidlər Xiyabanında dəfn olunub.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən “Vətən uğrunda” medalı, 29.12.2020-ci il tarixli Sərəncamına əsasən “Şuşanın azad olunmasına görə” medalı və 24.06.2021-ci il tarixli Sərəncamına əsasən “Cəsur döyüşçü”, “Cəbrayılın azad olunmasına görə” medalı və “Xocavəndin azad olunmasına görə” medalları ilə Nicat Xankişiyev ölümündən sonra təltif edilib.

Şəhid Əsgərov Fərid Ərəstun oğlu 21 may 1996-cı il Neftçala rayonu Qaçaqkənd kəndində anadan olub. Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda 27 sentyabr 2020-ci il tarixindən başlayan Vətən müharibəsində iştirak edib, döyüşlərdə şücaət göstərib və Qubadlı şəhəri uğrunda gedən döyüşlərdə qəhrəmancasına şəhid olub. Noyabr ayının 04-də Neftçala rayonu Qaçaqkənd kənd qəbiristanlığında dəfn olunub.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən “Vətən uğrunda” medalı, 24.12.2020-ci il tarixli Sərəncamına əsasən “Cəbrayılın azad olunmasına görə” medalı, 29.12.2020-ci il tarixli Sərəncamına əsasən “Qubadlının azad olunmasına görə” medalı, 24.06.2021-ci il tarixli Sərəncamına əsasən “Cəsur döyüşçü medalı ilə Fərid Əsgərov ölümündən sonra təltif edilib.

Şəhid Əhmədov Xəyal Hüseyn oğlu 9 may 1994-cü il Neftçala rayonu Xıllı qəsəbəsində anadan olub. Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda 27 sentyabr 2020-ci il tarixindən başlayan Vətən müharibəsində iştirak edib, döyüşlərdə şücaət göstərib və Qubadlı şəhəri uğrunda gedən döyüşlərdə qəhrəmancasına şəhid olub. Noyabr ayının 04-də Neftçala rayonu Xıllı qəsəbə qəbiristanlığında dəfn olunub.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən “Vətən uğrunda” medalı, 24.12.2020-ci il tarixli Sərəncamına əsasən “Cəbrayılın azad olunmasına görə” medalı, 29.12.2020-ci il tarixli Sərəncamına əsasən “Qubadlının azad olunmasına görə” medalı, 24.06.2021-ci il tarixli Sərəncamına əsasən “Cəsur döyüşçü medalı ilə Xəyal Əhmədov ölümündən sonra təltif edilib.
Şəhid Gözəlov Murad Zabil oğlu 12 may 1995-ci il Neftçala rayonu Həsənabad qəsəbəsində anadan olub. Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda 27 sentyabr 2020-ci il tarixindən başlayan Vətən müharibəsində iştirak edib, döyüşlərdə şücaət göstərib və Qubadlı şəhəri uğrunda gedən döyüşlərdə qəhrəmancasına şəhid olub. Noyabr ayının 05-də Neftçala şəhəri Şəhidlər Xiyabanında dəfn olunub.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən “Vətən uğrunda” medalı, 24.12.2020-ci il tarixli Sərəncamına əsasən “Cəbrayılın azad olunmasına görə” medalı, 29.12.2020-ci il tarixli Sərəncamına əsasən “Qubadlının azad olunmasına görə” medalı və 24.06.2021-ci il tarixli Sərəncamına əsasən “Cəsur döyüşçü medalları ilə Murad Gözəlov ölümündən sonra təltif edilib.
Şəhid Məmmədov Natiq İltifat oğlu 20 iyul 1993-cü il Neftçala rayonu Bankə qəsəbəsində anadan olub. Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda 27 sentyabr 2020-ci il tarixindən başlayan Vətən müharibəsində iştirak edib, döyüşlərdə şücaət göstərib və Qubadlı şəhəri uğrunda gedən döyüşlərdə qəhrəmancasına şəhid olub. Noyabr ayının 08-də Neftçala şəhəri Şəhidlər Xiyabanında dəfn olunub.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən “Vətən uğrunda” medalı, 24.12.2020-ci il tarixli Sərəncamına əsasən “Cəbrayılın azad olunmasına görə” medalı, 29.12.2020-ci il tarixli Sərəncamına əsasən “Qubadlının azad olunmasına görə” medalı, 24.06.2021-ci il tarixli Sərəncamına əsasən “Cəsur döyüşçü medalı ilə Natiq Məmmədov ölümündən sonra təltif edilib.
Şəhid Aslanov Ağasadıq Xəlil oğlu 1991-ci il martın 1-də Neftçala rayonu Kürqarabucaq kəndində anadan olub. Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda 27 sentyabr 2020-ci il tarixindən başlayan Vətən müharibəsində iştirak edib, döyüşlərdə şücaət göstərib və Qubadlı şəhəri uğrunda gedən döyüşlərdə qəhrəmancasına şəhid olub. Noyabr ayının 08-də Neftçala rayonu Kürqarabucaq kənd qəbiristanlığında dəfn olunub.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən “Vətən uğrunda” medalı və “Azərbaycan Bayrağı” ordeni, 25.12.2020-ci il tarixli Sərəncamına əsasən “Xocavəndin azad olunmasına görə” medalı, 29.12.2020-ci il tarixli Sərəncamına əsasən “Şuşanın azad olunmasına görə” medalları ilə Ağasadıq Xəlilov ölümündən sonra təltif edilib.

Şəhid Məmmədov Şahlar Şahin oğlu 1 noyabr 1995-ci il Neftçala rayonu Ərəbqardaşbəyli kəndində anadan olub. Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda 27 sentyabr 2020-ci il tarixindən başlayan Vətən müharibəsində iştirak edib, döyüşlərdə şücaət göstərib və Qubadlı şəhəri uğrunda gedən döyüşlərdə qəhrəmancasına şəhid olub. Noyabr ayının 10-da Neftçala rayonu Ərəbqardaşbəyli kənd qəbiristanlığında dəfn olunub.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən “Vətən uğrunda” medalı və 29.12.2020-ci il tarixli Sərəncamına əsasən “Şuşanın azad olunmasına görə” medalları ilə Şahlar Məmmədov ölümündən sonra təltif edilib.

Neftçala Rayon İcra Hakimiyyətinin kollektivi şəhid ailələrinə dərin hüznlə baş sağlığı verir.