Neftçalada Xocalı soyqırımının 30-cu il dönümü qeyd olunub – FOTOLARbackend
Neftçala rayonunda Xocalı soyqırımının 30-cu ildönümü dərin hüznlə qeyd olunub, şəhidlərin xatirəsi anılıb.
Neftçala şəhərinin mərkəzi meydanında faciə qurbanlarının xatirəsinə ucaldılan “Xocalı abadəsi” ziyarət olunub, önünə gül dəstələri düzülüb, şəhid xocalılıların xatirəsi ehtiramla anılıb, ruhlarına dualar oxunulub və ağacəkmə aksiyası keçirilib.
Tədbirdə Neftçala Rayon İcra Hakimiyyətinin başçısı Mirhəsən Seyidov, RİH məsul şəxsləri, hüquq- mühafizə orqanlarının, idarə, müəssisə, təşkilatlarının rəhbərləri, din xadimləri, şəhid ailələri və müharibə iştirakçıları iştirak edib.