Neftçalanın icra başçısı istedadlı gəncləri təltif edib – FOTOLARbackend

Neftçala rayonunda 2022-2023-cü tədris ilində təhsil, idman sahəsində Respublika və zona yarışlarında qalibiyyət əldə edən istedadlı gənclərlə görüş keçirilib.

Neftçala Rayon İcra Hakimiyyətində 2022-2023-cü tədris ilində təhsil, idman sahəsində Respublika və zona yarışlarında qalibiyyət əldə edən istedadlı gənclərlə görüş keçirilib.

Görüşdə Neftçala Rayon İcra Hakimiyyətinin başçısı Mirhəsən Seyidov, RİH-in, Şirvan-Salyan Regional Təhsil İdarəsinin məsul şəxsləri, məktəb direktorları, müəllimlər, şagirdlər və onların valideynləri iştirak edib.

İlk öncə Ulu Öndər Heydər Əliyevin, Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin, konstitusiya qurluşunun müdafiəsi zamanı şəhid olan hərbi qulluqçuların əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib və Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.

Görüşdə çıxış edən Şirvan-Salyan Regional Təhsil İdarəsinin Təhsildə keyfiyyətə nəzarət sektorunun müdiri Vüqar Dadaşov, Şirvan-Salyan Regional Təhsil İdarəsi Neftçala təhsil sektorunun müdiri Nicat Cəfərov, Neftçala rayon Gənclər İdman İdarəsinin rəisi Araz Əhmədov, Aşağı Surra kənd tam orta məktəbinin təşkilatçısı, Azərbaycan dili və ədəbiyyat müəllimi, şair-publisist Elnur Abdıyev, Neftçala şəhər 4 saylı orta məktəbin direktoru Şəfəq Balaşova, Neftçala MX PHŞ-ın həkim onkoloqu, sığortanın təşkili və innovasiya şöbəsinin müdiri Könül Qafarova, Zabil Əsgərov adına Aşağı Surra kənd tam orta məktəbinin şagirdi Məhəmməd Rəsulzadə və ağır atletika üzrə idman ustası Kənan Xəlilov 2022-2023-cü tədris ilində əldə olunan uğurlar, təhsil, idman sahəsinə ayrılan diqqət və qayğıdan danışan natiqlər göstərilən diqqət, qayğıya görə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya minnətdarlıqlarını bildiriblər.

Çıxış edən Neftçala RİH-in başçısı Mirhəsən Seyidov Ulu Öndər Heydər Əliyevin xalqın təkidilə yenidən hakimiyyətə qayıdışından sonra bütün sahələrə olduğu kimi təhsil sahəsinə ayrılan xüsusi diqqət və qayğıdan, Ulu Öndər siyasətini uğurlar davam etdirən Prezident cənab İlham Əliyevin təhsil sahəsinə olan xüsusi diqqətindən və son illərdə təhsil sahəsində görülən işlər haqqında danışıb. 2022-2023-cü tədris ilində rayonumuz üçün qazanılan uğurların digər rayonlardan yüksək olmasını diqqətə çatdıran RİH-in başçısı bu uğurların davamlı olmasını, növbəti tədris ilində daha yüksək nəticələrin əldə olunmasını şagird və müəllim kollektivinə arzulayıb.
Tədbirin sonunda 2022-2023-cü tədris ilində təhsil, idman sahəsində Respublika və zona yarışlarında qalibiyyət əldə edən istedadlı gənclər, müəllimlər fəxri fərman ilə təltif olunub və xatirə şəkili çəkilib.