Neftçalanın icra başçısı səyyar görüş keçirdi – Fotolarbackend

Neftçala Rayon İcra Hakimiyyətinin başçısı Mirhəsən Seyidov Mirzəqurbanlı kənd sakinləri ilə səyyar görüş keçirib.

İctimai.az xəbər verir ki, vətəndaş qəbulunda RİH-nin məsul şəxsləri, şəhid ailələri, qazilər və kənd sakinləri iştirak ediblər.

Mirhəsən Seyidov Neftçala rayonunda həyata keçirilən yenidənqurma işləri barədə görüş iştirakçılarına məlumat verib.

Səyyar qəbul zamanı vətəndaşlar kənddaxili yolların təmiri, içməli su və suvarma ilə əlaqədar yaranan çətinlik, elektrik təchizatının yenilənməsi və digər məsələlər üzrə müraciətlərini irəli sürüblər.

Vətəndaşların müraciətləri ayrı-ayrılıqda dinlənilib, məsələlər müzakirə edilib və həll olunması üçün aidiyyəti üzrə tapşırıqlar verilib.