Neftçala Rayon İcra Hakimiyyətinin başçısı Aşağı Surra kəndinin sakinləri ilə səyyar görüş keçirib.
Vətəndaş qəbulunda Neftçala Rayon İcra Hakimiyyətinin başçısı Mirhəsən Seyidov, RİH-in məsul şəxsləri, hüquq- mühafizə orqanlarının, idarə, müəssisə və təşkilatların rəhbərləri, şəhid ailələri, qazilər və kənd sakinləri iştirak ediblər.
İlk öncə, Ulu Öndər Heydər Əliyevin və Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin, konstitusiya quruluşunun müdafiəsi zamanı şəhid olan hərbi qulluqçuların ruhu bir dəqiqəlik sükutla yad edilib.
Aşağı Surra kənd inzibati ərazi dairəsi üzrə nümayəndə çıxış edərək, Aşağı Surra kəndləri haqqında görüş iştirakçılarına geniş məlumat verib.
Çıxışçılar “İşğaldan azad olunmuş ərazilərimizdə aparılan geniş miqyaslı abadlıq-quruculuq işləri, ölkəmizin iqtisadi gücünün göstəricisidir” mövzusunda iştirakçılara ətraflı məlumat veriblər. Bildirilib ki, 44 günlük Vətən Müharibəsində şanlı ordumuz tərəfindən işğaldan azad olunan ərazilərə artıq yeni nəfəs gəlib, bu gün bu ərazilərdə aparılan bərpa işləri, infrastrukturun bərpası, strateji obeyktlərin tikintisi Azərbaycan dövlətinin daxili imkanları əsasında aparılır. 30 il erməni işğalı altında qalan Qarabağ və ətraf rayonlarımızın Prezident cənab İlham Əliyevin göstərişilə yenidən dirçəlməsi haqqında tədbir iştirakçılarına geniş məlumat veriblər.
Neftçala Rayon İcra Hakimiyyətinin başçısı Mirhəsən Seyidov çıxışında qeyd edib ki, işğaldan azad olunan ərazilərimizdə aparılan genişmiqyaslı abadlıq-quruculuq işləri ölkəmizin iqtisadi gücünün, dövlətimizin strateji iradəsinin və milli birliyimizin bariz göstəricisidir. Müzəffər Azərbaycan dövlətinin həyata keçirdiyi bərpa və yenidənqurma proqramları regionun sosial-iqtisadi inkişafını sürətləndirir, təhlükəsiz və dayanıqlı yaşayış mühitinin formalaşmasına xidmət edir. Azərbaycanın dövlətçilik tarixində müstəsna xidmətləri olan Ulu Öndər Heydər Əliyevin müəyyən etdiyi inkişaf strategiyası bu gün də ölkəmizin bütün sahələrində olduğu kimi, azad edilən torpaqlara qayıdış, quruculuq prosesinin əsas ideya və fəlsəfi dayağını təşkil edir. Onun uzaqgörən siyasəti, güclü dövlət konsepsiyası və milli həmrəyliyə verdiyi mühüm töhfələr müasir mərhələnin uğurlu əsasını formalaşdırıb.
RİH-in başçısı bildirib ki, Ulu Öndər Heydər Əliyevin dövlətçilik strateji kursunu ardıcıllıqla və qətiyyətlə davam etdirən Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev işğaldan azad olunan ərazilərdə irimiqyaslı layihələrin həyata keçirilməsini prioritet dövlət vəzifəsi kimi müəyyən edib. Prezidentin rəhbərliyi ilə icra olunan “Böyük Qayıdış” proqramı, infrastrukturun bərpası, yeni kommunikasiya şəbəkələrinin qurulması, sənaye və kənd təsərrüfatı zonalarının yaradılması, yaşayış məntəqələrinin yenidən salınması dövlətimizin iqtisadi gücünün və sosial rifah siyasətinin aydın təzahürüdür. Bu gün Qarabağ və Şərqi Zəngəzurda aparılan genişmiqyaslı quruculuq işləri Azərbaycan dövlətinin sülhə, inkişaf və tərəqqiyə xidmət edən iradəsinin parlaq göstəricisi olmaqla yanaşı, gələcək nəsillər üçün inkişaf edən, müasir və təhlükəsiz bir məkanın yaradılmasına yönələn milli missiyadır.
RİH-in başçısı, Zəfərlə yekunlaşan 44 günlük Vətən müharibəsindən sonra bölgədə yaranan yeni geosiyasi reallıqlar fonunda Müzəffər Ali Baş Komandan İlham Əliyevin tarixi ədalətin bərpa edilməsi konsepsiyasının davamının məcburi köçkünlərin və qaçqınların Böyük Qayıdışını təmin etmək olduğunu bildirib. O, həmçinin Azərbaycan xalqının milli-mənəvi dəyərlərini və haqqını bərpa etmək missiyasının önəmindən danışıb. Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin Qərbi Azərbaycan İcmasının üzvləri ilə görüşdə bununla bağlı ciddi tapşırıqlar verdiyini vurğulayıb. Həmçinin, Azərbaycan xalqının haqqının bərpa olunması və Qərbi Azərbaycan İcmasının hüquqlarının beynəlxalq səviyyədə tanıdılması istiqamətində ölkə rəhbərinin sərgilədiyi mövqeyin tarixçilər və hüquqşünaslar üçün ciddi vəzifələr qoyduğunu qeyd edib.
Neftçala RİH-in başçısı, Neftçala rayonunda həyata keçirilən yenidənqurma işləri barədə görüş iştirakçılarına məlumat verib.
Səyyar qəbul zamanı vətəndaşlar, Mil-Muğan kolektorunda sintetik torların yığılması və kollektorun lildən təmizlənməsi, Vasif Mehbalıyev adına küçənin təmir olunması və bulaqların quraşdırılması, tibb məntəqisinin açılması, su qülləsinin inşa olunması və digər məsələlər üzrə müraciətlərini irəli sürüblər. Vətəndaşların müraciətləri ayrı-ayrılıqda dinlənilib, məsələlər müzakirə edilib və həll olunması üçün aidiyyəti üzrə tapşırıqlar verilib.
Vətəndaşlar göstərilən yüksək diqqət və qayğıya, həmçinin rayon ərazisində aparılan abadlıq-quruculuq işlərinə görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya minnətdarlıqlarını ifadə ediblər.
Məlumat üçün bildiririk ki, vətəndaş məmnunluğunu artırmaq və xidmət keyfiyyətinin yaxşılaşdırılmasını təmin etmək məqsədilə vətəndaşlar Neftçala Rayon İcra Hakimiyyəti ilə həm onlayn, həm də yerində görüşlər üçün yaradılan “Rəqəmsal İcra Hakimiyyəti” https://rih.gov.az portalına daxil olaraq müraciət edə bilərlər.

















