Neftçalanın icra başçısı vətəndaşların problemləri ilə mütamadi maraqlanırbackend

Neftçala Rayonu İcra Hakimiyyətinin başçısı Mirhəsən Seyidov tərəfindən vətəndaşların növbəti qəbulu həyata keçirilib

Neftçala Rayon İcra Hakimiyyətinin inzibati binasında Neftçala Rayon İcra Hakimiyyətinin başçısı tərəfindən vətəndaşların növbəti qəbulu həyata keçirilib.

Müzəffər Ali Baş Komandan, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin həyata keçirdiyi siyasətin əsas istiqamətini vətəndaş məmnunluğunun artırılması, vətəndaşların problem və çətinliklərinin operativ və obyektiv şəkildə həlli istiqamətində tədbirlər görülməsi təşkil edir. Neftçala rayonunda da Cənab Prezidentin tapşırıq və tövsiyyələrinə uyğun olaraq qeyd edilən istiqamətlərdə işlərin həyata keçirilməsi müntəzəm formada həyata keçirilir. Neftçala Rayon İcra Hakimiyyətinin Başçısı Mirhəsən Seyidov rayon sakinlərini Rayon İcra Hakimiyyətinin inzibati binasında fərdi şəkildə, təsdiq olunmuş qrafik üzrə isə rayonun şəhər, kənd və qəsəbələrində səyyar formada qəbul edir, onların təklif və şikayətlərini dinləyir, həlli istiqamətində aidiyyatı üzrə tapşırıqlar verir.

Neftçala Rayon İcra Hakimiyyətinin inzibati binasında növbəti fərdi qəbul 05.08.2022-ci il tarixdə keçirilib. Müraciətlər əsasən özünəməşğulluq, ünvanlı dövlət sosial yardım, subsidiyaların fermerlərə vaxtında ödənilməsi, əlillik təyinatı və digər problemlərlə əlaqədar olub. Vətəndaşların problemlərinin hər biri ayrı-ayrılıqda dinlənilib. Bəzi müraciətlər qəbul zamanı öz həllini tapıb, digər problemlərin həllinin araşdırılması üçün qəbul zamanı müvafiq şöbələrə və şəxslərə tapşırıqlar verilib.