“Neftçi” daha bir klub rəsmisi ilə yolları ayırdıbackend

“Neftçi”də növbəti ayrılıq yaşanıb.

Oxu.Az xəbər verir ki, “ağ-qaralar”da daha bir klub rəsmisi komandadan ayrılıb.

Söhbət klubun mətbuat xidmətinin rəhbəri Emin Əfəndidən gedir.

Emin Əfəndi müxtəlif illərdə futbol üzrə Azərbaycan Kubokunun finallarının açılış və bağlanış mərasimlərinə təşkilatçılıq edib, futbol verilişlərinin layihə rəhbəri olub.

Qeyd edək ki, o, Xalq artisti Miri Yusifin prodüseri kimi çalışır.