“Neftçi” yeddi futbolçusu ilə yollarını ayırdıbackend

Yeni mövsümə daha iddialı hazırlaşan “Neftçi”də növbəti ayrılıqlar yaşanıb.

İctimai.az xəbər verir ki, “ağ-qaralar” yeddi futbolçu ilə müqavilə müddətini uzatmayıb.

“Neftçi” PFK bəyan edir ki, Yeqor Boqomolski, Azər Əliyev, Azər Salahlı, Yuri Matias, Rəhman Hacıyev və Höccət Haqverdinin müqavilə müddəti başa çatıb. Bu oyunçularla müqavilə yenilənməyib. Həmçinin icarə müqaviləsi bitən Rüstəm Samiqullin məxsus olduğu “Sabah” klubuna qayıdıb.

Məşqçilər korpusunun “qara siyahı”sında olan Höccətin yeni mövsümdən başqa komandada top qovacağı dəqiqləşib.