Neftin qiymətinin nə qədər düşə biləcəyi məlum olubbackend

Citigroup və JPMorgan kimi iri banklar Çində zəif tələb və təklifin artıqlaması fonunda Brent markalı neftin qiymətinin 2025-ci ildə bir barel üçün 60 dollara düşəcəyini proqnozlaşdırır.

Bu barədə RİA Novosti yazır.

Artıq kotirovkalar 2021-ci ilin dekabrından bəri minimum 71 dollardan aşağı düşüb. Bu azalma Çin iqtisadiyyatının yavaşlaması və Yaxın Şərq münaqişəsi təhlükəsinin azalması ilə əlaqələndirilir. Qərbin “yaşıl gündəliyi” də neft sənayesinə sərmayə qoyuluşunu məhdudlaşdıran təsirə malikdir. Lakin OPEC+ hasilatı sutkada 0,5 milyon barel azaltması il ərzində yığılan artıq ehtiyatları kompensasiya etmir.

“OPEC+ iştirakçıları yüksək qiymətləri saxlamaqda getdikcə çətinləşirlər. Problem ondadır ki, bütün təchizatçılar kartel deyil”, – Maliyyə Universitetinin professoru Sergey Tolkaçev qeyd edir.