Nepal hökuməti kütləvi etirazlardan sonra ölkədə sosial mediaya qoyulan qadağanı ləğv edib, Rabitə və İnformasiya Texnologiyaları naziri Prithvi Subba Gurung Reuters agentliyinə bildirib.
Qərar bazar ertəsi keçirilən etirazlarda 100-dən çox adamın, o cümlədən 28 polisin yaralanmasından sonra verilib.
Gurung Reuters-ə deyib: “Biz sosial mediada bloku qaldırdıq. Onlar artıq fəaliyyətdədir”.