Nepalda Telegram bloklanıbbackend

Nepal hökuməti ölkədə Telegram messencerinə girişin məhdudlaşdırılması barədə göstəriş verib.

Bu barədə Nepal Telekommunikasiya Təşkilatının rəsmi məlumatında bildirilir.

Qərar platformanın onlayn fırıldaqçılıq və çirkli pulların yuyulması üçün istifadə edilməsi ilə bağlı qeydə alınmış hallarla əlaqədardır. Telekommunikasiya operatorlarına dərhal məhdudlaşdırıcı tədbirlər tətbiq etmək tapşırılıb.

Təşəbbüs baş nazirlik və təhlükəsizlik orqanları ilə əlaqələndirilib.