“Nərimanov gəncləri pandemiya dövründə” mövzusunda onlayn konfrans keçirilib – Fotolarbackend

“Nərimanov gəncləri pandemiya dövründə” mövzusunda onlayn konfrans keçirilib.

19 may 2020-ci il tarixdə Nərimanov Rayon Gənclər və İdman İdarəsinin təşkilatçılığı ilə “Nərimanov gəncləri pandemiya dövründə” mövzusunda onlayn konfrans keçirilib.
Konfransda Nərimanov Rayon Gənclər və İdman İdarəsinin rəisi Nəcəf Novruzov, Azərbaycan Kooperasiya Universitetinin Mətbuat və İctimai Xidmətinin rəhbəri Tamerlan Əkbərov, Yeni Azərbaycan Partiyası Nərimanov Rayon Gənclər Birliyinin sədri Nərminə Yunusova, Bakı Avrasiya Universiteti Rektorluğun mütəxəssisi Kamil Məhəmmədli, “Yeni Gələcək” Gənclərin Maarifləndirilməsi İctimai Birliyinin sədri Pərviz Mustafayev, Nərimanov Bələdiyyəsinin sədr müavini Vüsal Cəfərli, “Odlar Yurdu” Universitetinin Tələbə-Gənclər Təşkilatının sədri Gülbəniz Cəfərova, Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının Tələbə-Gənclər Təşkilatının sədr müavini Ulduz Qəhrəmanova, Ulduz Qəhrəmanova, Azərbaycan Dövlət Pedaqoji Universitetinin tələbəsi Nurlan Hüseynov, Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının Tələbə-Gənclər Təşkilatının sədri Elmira Həsənova, Azərbaycan Turizm və Menecment Universitetinin Tələbə-Gənclər Təşkilatının sədri Rəşid Məmmədov, Azərbaycan Kooperasiya Universitetinin Tələbə-Gənclər Təşkilatının sədri Fuad Babayev, Loqos Psixoloji Xidmət və Tədqiqatlar Mərkəzi İctimai Birliyinin Regionlarla iş şöbəsinin rəhbəri Ümidə Rəhimova, “Təfəkkür” Universitetinin Tələbə-Gənclər Təşkilatının sədri Röya Hacıyeva, Bakı Avrasiya Universitetinin Tələbə-Gənclər Təşkilatının sədri Sübhan İsmayılov, Azərbaycan Dövlət İqtisad Universitetinin Tələbə-Gənclər Təşkilatının sədri . Əli Əliyev, “Odlar Yurdu” Kollecin Tələbə-Gənclər Təşkilatının sədri Sara Zeynalzadə və Bakı Humanitar Kollecin Tələbə-Gənclər Təşkilatının sədri Əsli Cəfərova iştirak etmişlər.
Konfransın məqsədi “Azərbaycan gəncliyi 2017-2021-ci illərdə” Dövlət Proqramının icrası, müasir informasiya-kommunikasiya texnologiyalarından səmərəli istifadəsi, könüllülük hərəkatının inkişafı və karantin rejimi müddətində evdə qalan gənclərin asudə vaxtlarının səmərəli təşkil edilməsi olmuşdur.
Onlayn konfransda Nərimanov Rayon Gənclər və İdman İdarəsinin rəisi Nəcəf Novruzov əsası ümummilli lider Heydər Əliyev tərəfindən qoyulan gənclər siyasətinin hazırda Prezident İlham Əliyevin rəhbərliyi ilə uğurla davam və inkişaf etdirilməsi nəticəsində əldə olunan nailiyyətlərdən söhbət açıb. Diqqətə çatdırıb ki, ölkəmizdə bu sahədə qəbul olunan Dövlət proqramlarının yaratdığı imkanlardan bütün gənclərimiz bəhrələnirlər. Bu mühüm və çoxşaxəli proqramlarda vətənpərvərlik, azərbaycançılıq məfkurəsi, gənclərin beynəlxalq inteqrasiyası və dünyagörüşünün artırılması və s. məsələlər xüsusilə diqqət mərkəzində saxlanılır.
Çıxış edən konfrans iştirakçıları pandemiya dövrü üçün müxtəlif təkliflər səsləndiriblər, müzakirələr aparıblar. Çıxışlarda “Azərbaycan gəncliyi 2017-2021-ci illərdə” Dövlət Proqramının icrası ilə bağlı aparılan ictimai müzakirələrdə gənclər təşkilatlarının nümayəndələrinin fəal iştirakının önəmi qeyd olunub.

İctimai.az