Nərimanov rayonunda ““Addım – addım Vətən” adlı düşərgə”  layihəsinin növbəti təlimi keçirilibbackend

01 dekabr 2021-ci il tarixdə Azərbaycan Universitetində Azərbaycan Respublikasının Gənclər Fondunun maliyyə dəstəyi, Nərimanov Rayon Gənclər və İdman İdarəsinin, Binəqədi Rayon Gənclər və İdman İdarəsinin, Nəsimi Rayon Gənclər və İdman İdarəsinin və “Yeni Gələcək” Gənclərin Maarifləndirməsi İctimai Birliyinin birgə təşkilatçılığı ilə ““Addım – addım Vətən” adlı düşərgə”  layihəsinin növbəti təlimi keçirilib.

Açılış mərasimində Nərimanov Rayon Gənclər və İdman İdarəsinin aparıcı məsləhətçisi Vüsal Ömərov, “Yeni Gələcək” Gənclərin Maarifləndirməsi İctimai Birliyinin baş katibi Elnur Əlizadə, Birinci Qarabağ Müharibəsinin qazisi Bəhruz Əliyev, Vətən Müharibəsinin iştirakçıları Nicat Cəlilov və Əli Hacızadə, Nəsimi Rayon Gənclər və İdman İdarəsinin baş məsləhətçisi Şəhla Balqanova və 30 nəfər fəal gənc iştirak etmişlər.

İlk öncə “Yeni Gələcək” Gənclərin Maarifləndirilməsi İctimai Birliyinin baş katibi Elnur Əlizadə layihənin əhəmiyyəti və məqsədi haqqında geniş məlumat verərək bildirdi ki, layihənin əsas məqsədi böyük gənclik kütləsinə sahib olan Nərimanov, Binəqədi və Nəsimi rayonlarından olan ali və orta ixtisas təhsil müəssisələrinin tələbələrinin, həmçinin şəhid, qazi və Vətən Müharibəsi qəhrəmanlarının övladlarına, Azərbaycanın ərazi bütövlüyü uğrunda döyüşlərdə şəhid olmuş hərbçilərimizin, həmçinin qazi və qəhrəmanlarımızın cəmiyyətə tanıdılması funksiyası daşıyır.

Sonra Nərimanov Rayon Gənclər və İdman İdarəsinin aparıcı məsləhətçisi Vüsal Ömərov və Nəsimi Rayon Gənclər və İdman İdarəsinin baş məsləhətçisi Şəhla Balqanova layihə iştirakçılarını və qonaqları salamladılar və qeyd etdilər ki, 27 Sentyabr – 10 Noyabr 2020 tarixlərində baş verən 44 Günlük Müharibə, Cənubi Qafqaz bölgəsindəki regional təhlükəsizlik arxitekturasını kökündən dəyişdi. Ermənistan – Azərbaycan münaqişəsi 30 ilə yaxın davam etdi və beynəlxalq vasitəçilər münaqişənin həlli yolunda heç bir real uğur qazana bilmədilər. İkinci Qarabağ müharibəsi zamanı Azərbaycanda siyasi-iqtisadi sabitlik hökm sürmüşdür. Xalq-hakimiyyət birliyi ən yüksək səviyyədə nümayiş olunmuşdur.

Daha sonra Birinci Qarabağ Müharibəsinin qazisi Bəhruz Əliyev, Vətən Müharibəsinin iştirakçıları Nicat Cəlilov və Əli Hacızadə çıxış edərək qeyd etdilər ki, Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi XX yüzilliyin tarixinə ən faciəli münaqişələrdən biri kimi daxil olub, onun nəticələri milyonlarla azərbaycanlının taleyinə ciddi təsir göstərib. Ermənistanın Azərbaycanın tarixi torpaqlarına açıq formada ərazi iddiaları və etnik zəmində təxribatları, terror əməlləri ilə başlamış bu münaqişə Azərbaycana qarşı hərbi təcavüzlə nəticələnib. Ermənistan rəhbərliyinin sülhü pozan addımları erməni hərbçilərinin təmas xətti boyu Azərbaycan Ordusuna qarşı təxribatçı hərəkətləri ilə müşayiət olunurdu. 2020-ci iyulunda Ermənistan hərbi birləşmələri Azərbaycanın dövlət sərhədində, Tovuz istiqamətindəki strateji yüksəklikləri ələ keçirmək məqsədilə hücuma cəhd etdilər. Azərbaycan 2020-ci il sentyabrın 27-də başlamış və 44 gün davam etmiş Vətən müharibəsini qlobal pandemiyanın baş verdiyi şəraitdə böyük zəfərlə başa çatdırdı. Son iki yüz illik tarixində Azərbaycan müharibədən ərazi itkisi ilə yox, ərazi bütövlüyünü bərpa edərək çıxdı. Öz doğma yurdlarına qayıtmaq istəyən Azərbaycan vətəndaşlarının uzun müddətlik həsrətinə son qoyuldu. Naxçıvanın 30 illik blokadasına son qoymaq üçün onun Mehri dəhlizi vasitəsilə Azərbaycanın əsas hissəsi ilə quru yollarla birləşdirmə istiqamətində tarixi addım atıldı

Sonda layihə çərçivəsində iştirakçılar arasında intellektual oyun keçirilib, Birinci Qarabağ Müharibəsinin qazisi Bəhruz Əliyev, Vətən Müharibəsinin iştirakçıları Nicat Cəlilov və Əli Hacızadə gəncləri maraqlandıran sualları cavablandırıb.