Nərimanov rayonunda “Cəbrayıl işğaldan azaddır!” adlı tədbir keçirilibbackend

04 oktyabr 2021-ci il tarixdə “Bakı Avrasiya” Universitetində Nərimanov Rayon İcra Hakimiyyətinin, Bakı Şəhər Gənclər və İdman Baş İdarəsinin, Nərimanov Rayon Gənclər və İdman İdarəsinin, Yeni Azərbaycan Partiyası Nərimanov Rayon Təşkilatının və “Bakı Avrasiya” Universitetinin birgə təşkilatçılığı ilə Cəbrayılın işğaldan azad olunmasının ildönümü münasibəti ilə məktəblilər arasında təşkil edilmiş “Cəbrayıl işğaldan azaddır!” mövzusunda rəsm müsabiqəsinin qaliblərinin mükafatlandırma mərasimi keçirilib.

Mükafatlandırma mərasiminində Vətən Müharibəsi şəhidi, “Vətən uğrunda”, “Füzulinin azad olunmasına görə” və “Cəsur döyüşçü” ölümündən sonra medalları ilə təltif olunmuş Sənan Abdullayevin atası Şahin Abdullayev, Vətən Müharibəsi şəhidi, “Vətən uğrunda”, “Cəbrayılın azad olunmasına görə” və “Füzulinin azad olunmasına görə” ölümündən sonra medalları ilə təltif olunmuş Əhmədağa İskəndərovun qardaşı Firdovsi İskəndərov, Bakı Şəhər Gənclər və İdman Baş İdarəsinin rəis müavini Aydın Yusifov, Nərimanov Rayon Gənclər və İdman İdarəsinin rəisi Nəcəf Novruzov, Yeni Azərbaycan Partiyası Nərimanov Rayon Təşkilatının sədri Samir Vəliyev, “Bakı Avrasiya” Universitetinin prorektoru Siyavuş Qasımov, Bakı Şəhər Gənclər və İdman Baş İdarəsinin şöbə müdiri Zamin Əhmədov, “Cəbrayıl Azərbaycandır!” sosial media platformasının təsisçisi Rəşad Bayramov, tələbələr və məktəblilər iştirak etmişlər.
Tədbirdə çıxış edən natiqlər qeyd etdilər ki, bu gün – oktyabrın 4-ü Cəbrayıl şəhərinin Ermənistan Silahlı Qüvvələrinin işğalından azad edildiyi gündür. Cəbrayıl rayonu 1993-cü il avqustun 23-də Ermənistan Silahlı Qüvvələri tərəfindən işğal edilmişdi. 1994-cü il 5 yanvar tarixində Horadiz əməliyyatı zamanı Cəbrayılın Cocuq Mərcanlı kəndi işğaldan azad olunub. 2016-cı il Aprel döyüşləri zamanı Azərbaycan Ordusunun əks-hücumu nəticəsində Lələtəpə yüksəkliyi düşməndən təmizlənib və Cocuq Mərcanlı kəndi Azərbaycan Ordusunun nəzarəti altına keçib.
2020-ci ilin oktyabrın 4-də Azərbaycan Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyev xalqa müraciətində Cəbrayıl şəhəri və rayonun daha 9 kəndinin işğaldan azad olunduğunu elan edib.
Çıxışlardan sonra “Cəbrayıl işğaldan azaddır!” mövzusunda rəsm müsabiqəsinin adları aşağıda qeyd olunan qalibləri diplom, medal və hədiyyələr ilə, fərqlənən məktəblilər isə fəxri fərmanlar ilə təltif olunmuşlar:
I yer
177 saylı tam orta məktəbin şagirdi – Əmirov Mirzə
II yer
Yevlax şəhəri, 1 saylı tam orta məktəbin şagirdi – Mirili Nahid
III yer
47 saylı tam orta məktəbin şagirdi – Mahmudzadə Nuridə

“Cəbrayıl işğaldan azaddır!” mövzusunda rəsm müsabiqəsində fərqləndiyinə görə
1. 37 saylı tam orta məktəbin şagirdi – İbadzadə Zəhra
2. 177 saylı tam orta məktəbin şagirdi Müseyibli Venera
3. 73 saylı tam orta məktəbin şagirdi – Qarayeva Xədicə
4. 193 saylı tam orta məktəbin şagirdi – Cəfərzadə İmaməli
5. 45 saylı tam orta məktəbin şagirdi – Babaşova Arzum
6. 193 saylı tam orta məktəbin şagirdi – Vəliyeva Aylin
7. 73 saylı tam orta məktəbin şagirdi – Hüseynova Səma
8. 291 saylı Ekologiya liseyinin şagirdi – Mahmudov Orxan
9. Bakı Xoreoqrafiya məktəbinin şagirdi – Axmadulin Amal
10. 258 saylı tam orta məktəbin şagirdi – İsazadə Ayxan
11. 177 saylı tam orta məktəbin şagirdi – İbrahimli Gilə