Nəsimi rayonunda 2 fevral –  Azərbaycan Gənclər Gününə həsr edilmiş tədbir təşkil edilibbackend

Nəsimi rayonunda 2 fevral – Gənclər Gününə həsr edilmiş növbəti tədbir təşkil edilib.

İctimai.az xəbər verir ki, tədbirdə çıxış edən Yeni Azərbaycan Partiyası (YAP) Nəsimi rayon təşkilatının sədri Azər Süleymanov deyib ki, Azərbaycan gəncliyi ölkənin daxili ictimai-siyasi, həmçinin sosial-iqtisadi və digər sferalarında aktiv fəaliyyət göstərir, intellektual imkanları və kreativliyi ilə dövlətçiliyimizin möhkəmləndirilməsi işinə öz töhfəsini verir.

 Ulu Öndər 15 iyun 1992-ci ildə Milli Qurtuluşdan Azərbaycanda ikinci dəfə hakmiyyətə gəldikdən sonra dərhal gənclərlə işə başlayan ümummilli lider Heydər Əliyev Azərbaycan dövlətinin gənclərlə bağlı siyasətinin əsasını qoydu: “Azərbaycanın dövlət siyasətində gənclərlə iş prioritet sahələrdən birinə çevrildi, gənclər tədrici olaraq ölkənin ictimai-siyasi, sosial-iqtisadi və mədəni sferalarında aktiv iştirak etməyə başladılar. Ulu öndər Heydər Əliyev gənclərin sosimun inkişafında rolunu artırmaq, paytaxt və regionlarda yaşayan gənclərin ölkə miqyasında cərəyan edən proseslərdə iştirakını və məsuliyyətini yüksəltmək məqsədilə institusional reformalara da start verdi”.

Tədbirin sonunda Partiya sıra daxil olan bir qrup fəal gəncə partiya vəsiqələri təqdim edilib.