Oktyabr ayında Fələstin-İsrail münaqişəsinin başlanmasından sonra İsrailin baş naziri Benyamin Netanyahu ABŞ prezidenti Co Baydendən Misirə sərhədlərinin açılması və Qəzza zolağından fələstinlilərin qəbulu üçün təzyiq göstərməsini istəyib, lakin rədd cavabı alıb. Bu barədə Amerikanın “Washington Post” qəzeti mənbələrə istinadən məlumat yayıb.
“Oktyabrın 7-də HƏMAS-ın ölümcül hücumundan bir neçə gün sonra İsrailin baş naziri Benyamin Netanyahu prezident Baydendən Misir prezidentinə ölkəsinin sərhədlərini açması və Qəzzada olan 2 milyondan çox fələstinlinin əksəriyyətini qəbul etməsi üçün təzyiq edə biləcəyini soruşdu.”
Cavab olaraq Bayden Netanyahuya bu ideyanın Misir hökuməti ilə rezonans doğurmadığını söylədi. Qəzet yazır ki, Qahirə fələstinli qaçqınları qəbul etməkdə maraqlı olmadığını və onların “kütləvi köçkünlüyündə heç bir rol oynamadığını” açıqlayıb.
Mənbə: Washington Post

