TASS-ın məlumatına görə, İsrailin Baş naziri Binyamin Netanyahu Qüdsdə ABŞ-ın aparıcı yəhudi təşkilatlarının rəhbərləri ilə görüşdə İranın uranı zənginləşdirmək qabiliyyətindən məhrum edilməsinə çağırıb.
Netanyahu ABŞ və İran arasında razılaşmanın əldə edilməsinə şübhə ilə yanaşdığını bildirib.
“Əgər razılaşma əldə olunarsa, vacib hesab etdiyimiz bir neçə məqamı əhatə etməlidir. Birincisi, bütün zənginləşdirilmiş materiallar İrandan çıxarılmalıdır. İkincisi, zənginləşdirmə fəaliyyəti olmamalıdır: zənginləşdirmə prosesinin dayandırılması yox, zənginləşdirməyə imkan verən avadanlıq və infrastrukturun sökülməsi. Üçüncüsü, ballistik raket məsələsini də həll etmək lazımdır”, – Netanyahu bildirib.















