Netanyahu: İsrail Ukraynaya təkmil hava hücumu xəbərdarlığı sistemi yaratmağa kömək edəcəkbackend

İsrailin baş naziri Benyamin Netanyahu bildirib ki, israilli mütəxəssislər İsrailin zəngin təcrübəsindən istifadə edərək Ukraynaya yüksək texnologiyalı hava hücumu xəbərdarlığı sistemini yerləşdirməyə kömək edəcəklər.

Bu barədə TASS məlumat yayıb.

“Biz Ukraynaya təkcə humanitar yardım deyil, həm də mülki müdafiə, erkən xəbərdarlıq sistemlərinin yaradılmasında yardım təklif edirik. İsrailin bu sahədə qabaqcıl inkişafları var, onlar, məsələn, bütün ölkəni və ya bütöv bölgələri bomba sığınacaqlarında gizlənməyə imkan verir”, – Netanyahu bildirib.

Mənbə: TASS

İctimai.az