Netanyahu məhkəmə islahatının həyata keçirilməsini israilli seçicilərin iradəsi adlandırıbbackend

İsrail hökumətinin başçısı Benyamin Netanyahu bildirib ki, ölkədəki hakim koalisiya müxalifətin etirazına səbəb olan məhkəmə islahatını həyata keçirərək, bununla da yalnız seçicilərin iradəsini yerinə yetirir.

TASS xəbər verir ki, bunu baş nazir axşam televiziya ilə İsrail vətəndaşlarına müraciətində deyib.

Netanyahunun sözlərinə görə, hökumət hakimiyyət qolları arasında balansı bərpa etməyə yönəlmiş zəruri demokratik addım atıb. Baş nazir hesab edir ki, əsaslılıq prinsipi ilə bağlı seçilmiş Nazirlər Kabinetinə ölkə vətəndaşlarının əksəriyyətinin iradəsinə uyğun siyasət yürütmək imkanı verən düzəliş təsdiq edilib.

Netanyahu vurğulayıb ki, seçicilərin iradəsini yerinə yetirmək heç bir halda demokratiyanın sonu deyil. Əksinə, bu, demokratiyanın mahiyyətini ifadə edir. Baş nazir qeyd edib ki, məsələnin vacibliyinə görə hökumət koalisiyası müxalifətlə konsensusa gəlmək üçün axıra qədər çalışsa da, buna nail ola bilməyib.

Mənbə: TASS