İsrailin baş naziri Benyamin Netanyahuda bağırsaq iltihabı diaqnozu qoyulub.
Bu barədə TASS siyasətçinin ofisinin bəyanatına istinadən məlumat yayıb.
75 yaşlı baş nazir iyulun 20-nə keçən gecə özünü pis hiss edib. Səbəb olaraq xarab yemək olduğu bildirilir. Xəstəliyi ilə əlaqədar 3 gün evdə dövlət işləri ilə məşğul olacaq. Siyasətçi hazırda “xəstəliklə bağlı dehidrasiya nəticəsində itirilən mayenin doldurulması üçün venadaxili müalicə” keçirir.
Bundan əvvəl Netanyahu oğlunun İranla münaqişə səbəbindən toyu ləğv etməli olduğunu demişdi.