Netanyahu Təl-Əvivdəki iğtişaşlar fonunda İsraildə anarxiyaya son qoymağa çağırıbbackend

İsrailin baş naziri Benyamin Netanyahu Tel-Əvivdə məhkəmə islahatlarına qarşı etirazlar fonunda özündən əvvəlki parlament müxalifətinin hazırkı lideri Yair Lapidi tənqid edib.

Bu barədə The Times of Israel yazır.

Onun sözlərinə görə, siyasətçi Nazirlər Kabinetinin təklif etdiyi qanun layihəsi ilə bağlı dialoqdan imtina edir və yeni seçkilərə nail olmağa çalışır.

“O idarəetmə böhranı, mən deyərdim ki, konstitusiya böhranı yaratmaq və bununla da yeni seçkilər keçirmək istəyir. Anarxiyaya son qoymağın vaxtıdır”,  deyə Netanyahu bildirib.

Mənbə: TASS

İctimai.az