Hindistanlı kinorejissor Soham Şah 2009-cu ildə çəkilmiş filmindən “The Squid Game” serialının süjetini oğurlamaqda ittiham edərək, Amerikanın Netflix yayım platformasını Nyu York məhkəməsində məhkəməyə verib.
Bu barədə Bloomberg iddiaya istinadən yazır.
Şahın fikrincə, serial onun Hind filmi “Uğur”un “açıq-aşkar plagiatıdır”.
İddia ərizəsində qeyd olunur ki, Netflix əsas süjeti, personajları, mövzuları, atmosferi, quruluşu və hadisələrin ardıcıllığını Uğur filmindən götürüb.
Striminq platformasının nümayəndəsi ittihamları əsassız adlandırıb və şirkətin öz məhsulunu məhkəmədə müdafiə etməyə hazır olduğunu vurğulayıb.