Səudiyyə Ərəbistanının “Əl-Hilal” klubu sosial şəbəkələrdə komandanın braziliyalı hücumçusu Neymarın DÇ-2026-nın seçmə mərhələsi çərçivəsində Uruqvayla matçda ön çarpaz bağından zədə aldığını və dizində meniskinin cırıldığını açıqlayıb.
“Tibbi testlər dizin ön çarpaz bağının zədələnməsini və menisküsün cırılmasını təsdiqləyib. Neymar əməliyyat olunacaq, daha sonra müalicə proqramı müəyyənləşəcək”, – mesajda deyilir.
Dünya çempionatının seçmə mərhələsi çərçivəsində Uruqvayla keçirilən oyunda braziliyalı ilk hissədə zədələnib. O, göz yaşları içində sedyedə aparılıb. Meydanda Neymarın yerinə Riçarlison meydana çıxdı. Görüş Uruqvay yığmasının 2:0 hesablı qələbəsi ilə başa çatıb.
Mənbə: TRT Spor