Səudiyyə Ərəbistanının “Əl-Hilal” komandasının zədəli futbolçusu Neymar bilet satdığı şəxslərlə birlikdə kruiz gəmisi ilə yola düşüb.
KİV-in məlumatına görə, braziliyalının gəmisi bu gün, dekabrın 27-də Santosdan yola çıxıb və üç gün ərzində gəzintidə olacaq. Gəmi Rio-de-Janeyronun cənub zonasına üzəcək, sonra isə geri qayıdacaq.
Gəzintidə Neymarın ailəsi və dostları, həmçinin 1000-6000 avroya qədər bilet alan şəxslər yer alıblar.
Səfər zamanı üç tədbir keçiriləcək: ağ, kostyum və tropik. Bundan əlavə, gəmidə çoxlu müxtəlif tədbirlər və məşhur braziliyalı sənətçilərin konsertləri olacaq.
Bundan başqa, gəzinti zamanı bütün sərnişinlər kazino, ixtisaslaşdırılmış mağazalar, boulinq meydançası, oyun otağı, 4D kinoteatr, akvapark, idman zalı, spadan istifadə edə, həmçinin teatr tamaşalarına baxa və dünyanın müxtəlif ölkələrinin qastronomik yeməklərini dada bilərlər.