Neymar Messi və Ronaldunun rekordunu yenilədibackend

Futbol üzrə Fransa çempionatının beşinci turu çərçivəsində PSJ səfərdə “Tuluza” ilə qarşılaşıb. Oyunda qonaqlar 3:0 hesabı ilə qalib gəliblər.

Paytaxt klubunun ilk qolunu 37-ci dəqiqədə braziliyalı ulduz hücumçu Neymar vurub.

Bu qolla Neymar Lionel Messi və Kriştianu Ronaldunu keçərək, klub və ölkə yığmasındakı ardıcıl qollarda iştirak rekordunu qırıb. Belə ki, braziliyalı klub və ya ölkə seçməsi üçün ardıcıl 16 matçda qol vurub və ya assistentlik edib.

Qeyd edək ki, rekord üçün onun Braziliya millisində Cənubi Koreya və Yaponiyaya vurduğu qollar və ötürmələri də nəzərə alınıb.

Mənbə: unian.net