Kaliforniyadakı Buck Yaşlanma Tədqiqatları İnstitutunun amerikalı alimləri Alzheimer xəstəliyi və demansın digər formalarında beyni bərpa etməyin potensial yolunu kəşf ediblər. Araşdırma “Journal of Clinical Investigation” (JCI) elmi jurnalında dərc olunub.
Mütəxəssislər böyrəklərdə və beyində yerləşən KIBRA adlı zülalı tədqiq ediblər. Beyində, sinapslarda lokallaşdırılır və xatirələrin formalaşması üçün lazımdır. Testlər Alzheimer xəstəliyində beyində KIBRA çatışmazlığı olduğunu göstərdi.
Tədqiqatın həmmüəllifi Grant Kauwe, “KİBRA-nın aşağı səviyyələrinin sinapslarda siqnala necə təsir etdiyini və bu mexanizmin daha yaxşı başa düşülməsinin Alzheimer xəstəliyi zamanı zədələnmiş sinapsların necə təmir ediləcəyinə dair bəzi fikirlər verə biləcəyini merak etdik” dedi.
Mənbə: Gazeta.ru

