Türkiyə Respublikası Təhsil Nazirliyinin nəzdində olan “”FONO” Açıköğretim Kurumu”nun “Azerbaycan Bölge Temsilçiyi”nin yeni Bakı ofisi fəaliyyətə başlayıb.
Qurumun Bakı ofisinin idarə heyətinin qərarı ilə Nəzər Media.az-ın təsisçisi və baş redaktoru Nəzərbəy Hacıağayev təhsil müəssisəsinin direktoru təyin olunub.
İctimai.az xəbər verir ki, bu haqda Nəzərbəy Hacıağayevin özü sosial şəbəkə hesabından məlumat verib.
Xatırladaq ki, Nəzərbəy Hacıağayev müxtəlif zamanlarda da “FONO” qurumunda müxtəlif vəzifələrdə çalışıb. Hacığayev 2017-2018-ci illər dövründə müəssisənin müdir müavini postunda təmsil olunurdu.