Nicat Əlibəyli: Daha 100-ə yaxın şəhid ailəsi və qazi özünüməşğulluq aktivləri ilə təmin edilibbackend

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyi tərəfindən şəhid ailələri və qazilərə özünüməşğulluq proqramı çərçivəsində müvafiq dəstək tədbirlərinin göstərilməsi davam edir.

Belə ki, Sumqayıtda Abşeron-Xızı Regional Məşğulluq filialı tərəfindən bir qrup qazi proqram çərçivəsində seçdikləri biznes istiqamətlər üzrə mal və materiallarla təmin olunublar. Verilmiş avadanlıqlar hesabına onlar kiçik təsərrüfat və müəssisələrini yaradıblar.

Dövlət Məşğulluq Agentliyi Abşeron rayonu üzə məşğulluq filialının müdir müavini Nicat Əlibəyli jurnalistlərə müsahibəsində bildirib ki,  son 1 həftə ərzində isə Agentlik tərəfindən bu kateqoriyadan olan 100-ə yaxın şəxsə aktivlər təqdim edilib.

Ümumilikdə Agentlik tərəfindən cari ilin ötən dövrü ərzində 1006 şəhid ailəsi, qazi və onun ailə üzvünün özünüməşğulluq proqramına cəlb olunması və onlar üçün kiçik təsərrüfatların yaradılması təmin edilib.

Qeyd edək ki, proqrama cəlb olunan şəxslərə istehsal, xidmət və kənd təsərrüfatı üzrə biznes zərflər təklif olunur.