Niger beynəlxalq təşkilatların fəaliyyətini müvəqqəti olaraq qadağan edir

Çevrilişdən sonra hərbi nəzarət altında olan Niger hökuməti hərbi əməliyyatların aparıldığı ərazilərdə milli qeyri-hökumət təşkilatlarının (QHT), beynəlxalq təşkilatların və Birləşmiş Millətlər Təşkilatının (BMT) qurumlarının fəaliyyətini dayandırdığını elan edib. Bu barədə RİA Novosti məlumat yayıb.

Niger Daxili İşlər Nazirliyi açıqlamasında ölkə ərazisində yerləşən təşkilatları mövcud təhlükəsizlik vəziyyəti ilə əlaqədar olaraq regional hərbi əməliyyatlarda fəaliyyətlərinin və hərəkətlərinin müvəqqəti dayandırıldığı barədə məlumatlandırdıqlarını vurğulayıb.

Bundan əvvəl ECOWAS sədri və Nigeriya prezidenti Bola Tinubu Nigerdəki üsyançılara doqquz aylıq keçid dövrü təklif etmişdi.

Mənbə: RİA Novosti

Oxşar xəbərlər