Üsyançılar tərəfindən hakimiyyətdən uzaqlaşdırılan, həyat yoldaşı Haca Hadiz və oğlu Salem ilə zorla prezident sarayında saxlanılan Niger prezidenti Məhəmməd Bazumun səhhətində problemlər yaranıb. Bu barədə “The Guardian” dövlət başçısının qızı Zaziah Bazuma istinadən xəbər verir.
“Onlar artıq soyuducudan yemək yeyə bilmirlər. Onların əti və ya təzə tərəvəzləri yoxdur. İndi yedikləri yeganə şey düyü və makaron kimi sağlamlıqları üçün zərərli olan qidalardır. Siz gecə-gündüz sadəcə düyü və makaron yeyə bilməzsiniz”, – deyə prezidentin qızı bildirib.
O, həmçinin əlavə edib ki, qalada saxlanılan qohumlarının təmiz suya çıxışı yoxdur.
Mənbə: Haberler.com