Nigerdə ​​devrilmiş prezident dövlətə xəyanətdə ittiham olunacaqbackend

Üsyançıların yaratdığı hərbi şura Nigerin devrilmiş prezidenti Məhəmməd Bazumu vətənə xəyanətdə ittiham etmək niyyətindədir. TASS xəbər verir ki, bu barədə “Əl-Cəzirə” telekanalı məlumat yayıb.

“Biz devrilmiş prezidenti və onun əlbirlərini dövlətə xəyanət və dövlət təhlükəsizliyinə təhlükə törətmək ittihamı ilə mühakimə etməyə imkan verən sübutlar topladıq”, üsyançıların bəyanatında deyilir.

Bir gün əvvəl Niger polisinin devrilmiş prezident Məhəmməd Bazuma dəstək nümayişini dağıtdığı xəbər verilmişdi. Bildirilib ki, bunun nəticəsində aksiyanın təşkilatçılarından biri saxlanılıb.

Mənbə: TASS