Nigerdə üsyançıların hakim orqanı olan Vətənin Qurtuluşu Milli Şurası ölkəyə qarşı xarici təcavüzün hazırlanması ilə bağlı bəyanat yayıb. Bu barədə “Əl-Ərəbiyyə” pan-ərəb telekanalı məlumat yayıb.
Bəyanatda “xarici dövlətin” Nigerə hücum etmək niyyəti olduğu iddia edilir. Eyni zamanda Nigerdə hakimiyyətə gələn hərbçilər bu dövlətin adını dəqiqləşdirməyiblər.
Şura mümkün xarici müdaxiləyə hazırlaşdığını qeyd edib. O, Qərbi Afrika Ölkələri İqtisadi Birliyinin (ECOWAS) ultimatum müddətinin başa çatmasına baxmayaraq, addımlarından əl çəkməyəcəyini də vurğulayıb.
Mənbə: Gazeta.ru