Niinist Stubbı Finlandiya prezident seçkilərində qazandığı qələbə münasibətilə təbrik edibbackend

Finlandiya Prezidenti Sauli Niiniste Aleksandr Stubbı dövlət başçısı vəzifəsinə seçilməsi münasibətilə təbrik edib.

“Alexander Stubb və Pekka Haavistoya zəng etdim. Bütün namizədlərin arxasında mükəmməl və dürüst kampaniyalar var, debatları izləmək çox xoş idi. Bir daha Stubbı Finlandiya Respublikasının 13-cü prezidenti seçilməsi münasibətilə təbrik edirəm”, – Niiniste X sosial şəbəkəsində (keçmiş Twitter) yazıb.

Finlandiyanın 55 yaşlı keçmiş baş naziri, Milli Koalisiya Partiyasının namizədi Aleksandr Stubb prezident seçkilərinin ikinci turunda rəqibi, keçmiş xarici işlər naziri Pekka Haavistonu bir neçə faiz üstələyib. Hər iki siyasətçi NATO ilə münasibətlərin inkişafını dəstəkləyir və Rusiyaya soyuq münasibət bəsləyir. Stubb hətta birdən Rusiya Federasiyasının prezidenti Vladimir Putin ona zəng edib seçkilərdəki qələbəsi münasibətilə təbrik etmək qərarına gəlsə, telefona cavab verməyəcəyinə söz verib.

Mənbə: TASS