Nijni Novqorod vilayətinin Arzamas rayonunda 93 qızılcaya yoluxma faktı qeydə alınıb. Bu barədə regionun Rospotrebnadzorunun Telegram kanalında məlumat verilib.
İdarədən verilən məlumata görə, hazırda Nijni Novqorod vilayətinin bu rayonunda qrup qızılca xəstəliyinin yayılmasının lokallaşdırılması üçün müxtəlif tədbirlər həyata keçirilib: epidemiya əleyhinə tədbirlər kompleksi həyata keçirilir, təmasda olan şəxslərin dairəsi müəyyən edilib və epidemik əlamətlərə görə immunizasiya aparılır.
Rospotrebnadzor qeyd edib ki, sentyabrın 11-nə kimi rayonun 400-ə yaxın sakini qızılcaya qarşı peyvənd olunub. Nijni Novqorod vilayəti hökuməti yanında sanitar-epidemiya əleyhinə komissiyanın iclası keçirilib.
Mənbə: A Haber

