Yaponiyanın Nissan Motor Co korporasiyası restrukturizasiya çərçivəsində 20 min iş yerini ixtisar etməyi planlaşdırır
Bu barədə NHK mənbələrə istinadən xəbər verir.
Qeyd olunur ki, şirkət noyabrda artıq 9 min nəfəri ixtisar etdiyini elan edib.
Şirkət indi daha 11.000 nəfəri, ümumilikdə təxminən 20.000 nəfəri və ya qlobal işçi qüvvəsinin 15%-ni ixtisar etməyi planlaşdırır.
Bundan əvvəl məlum olub ki, Nissan Xterra SUV modelini canlandırmağı planlaşdırır.