Ukrayna Energetika Nazirliyinin verdiyi məlumata görə, Norveç Ukraynaya elektrik enerjisi və qaz tədarükünü təmin etmək üçün 1,5 milyard NOK (təxminən 140 milyon dollar) ayıracaq. Bu vəsait partlayışlar nəticəsində zədələnmiş kritik enerji infrastrukturunun təmiri və saxlanması üçün istifadə olunacaq. Bu barədə RİA Novosti yazır.
Ukraynanın energetika naziri Herman Haluşşenko Norveçin baş naziri Yonas Qahr Sterenin rəhbərlik etdiyi nümayəndə heyəti ilə birlikdə münaqişədən zərər çəkmiş enerji obyektlərindən birinə baş çəkib. Yonasın sözlərinə görə, Norveç hökuməti Ukraynaya qaz və elektrik enerjisinin idxalını təmin etmək üçün qeyd olunan məbləği Avropa Yenidənqurma və İnkişaf Bankı vasitəsilə ayıracaq.
Bu vəsait kritik enerji infrastrukturunun təcili təmirinə və müharibədən zərər çəkmiş ərazilərin fövqəladə elektrik təchizatının təmin edilməsinə sərf olunacaq. Həmçinin qəza anbarı üçün qazın alınması nəzərdə tutulur.
Mənbə: RİA Novosti












