Norveç Epşteyn işi ilə bağlı ölkənin keçmiş baş naziri ilə bağlı istintaqa başlayıbbackend

Norveç, Ceffri Epşteyn işinin ifşasından sonra korrupsiya şübhəsi ilə keçmiş Baş nazir, Norveç Nobel Komitəsinin keçmiş sədri və Avropa Şurasının keçmiş baş katibi Torbyorn Yaqland haqqında istintaq başlatdı.

Bu barədə Norveç İqtisadi Cinayətkarlıqla Mübarizə Bölməsi (Oekokrim) məlumat verib.

İstintaq başlatmaq qərarı maliyyəçi ilə bağlı bu yaxınlarda məxfiliyi açıqlanan sənədlərdən əldə edilən məlumatlara əsaslanır.

“Dərc olunmuş sənədlərin əhatə etdiyi dövrdə onun Nobel Komitəsinin sədri və Avropa Şurasının baş katibi vəzifələrini tutduğunu nəzərə alsaq, istintaq üçün ağlabatan əsaslar olduğuna inanırıq”, – deyə Oekokrim qeyd edib.