Norveç ukraynalı qaçqınların axınını məhdudlaşdırmağı və onu idarəolunan hala gətirməyi təklif etdi. Bu barədə NRK telekanalı ölkə hökumətinə istinadən məlumat yayıb.
Norveç hakimiyyəti hesab edir ki, bu ölkədə ukraynalı qaçqınlar üçün nisbətən səxavətli şərait yaradılıb – məsələn, miqrantların qəbulu mərkəzlərində məcburi qeydiyyat əvəzinə, ukraynalı qaçqınlar otellərdə yerləşdirilib. Osloda hesab edirlər ki, qonşu ölkələrlə müqayisədə bu, çox böyükdür.
Bundan əlavə, bu cür tədbirlər Norveçin bütün ölkə üzrə xidmət sektorunu ciddi şəkildə yükləyir və qaçqınlara münasibət tədricən soyuyur.
Mənbə: NRK

