Norveçin baş naziri Yonas Qahr Stere öz Twitter hesabında bildirib ki, İsveçin NATO-ya daxil olması alyansı gücləndirəcək və Skandinaviya regionunda təhlükəsizliyi artıracaq.
Bazar ertəsi, iyulun 10-da NATO-nun baş katibi Yens Stoltenberq bəyan edib ki, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Vilnüsdə İsveçin baş naziri Ulf Kristerssonla görüşündən sonra Ərdoğan Stokholmun ratifikasiya təklifini “mümkün qədər tez” Türkiyə parlamentinə təqdim etməyə razılaşıb.
“Bu, İsveç, Norveç, Şimali region və NATO üçün tarixi hadisədir. Stoltenberq, Ərdoğan və Kristerssonun bu gün əldə etdiyi razılaşmanı alqışlayırıq. Skandinaviya regionunun NATO-ya daxil olması alyansı daha da sabitləşdirir və regionumuzu daha təhlükəsiz edir”, – Norveçin baş naziri yazıb.
Türkiyənin xarici işlər naziri Hakan Fidan daha əvvəl demişdi ki, İsveç terrorizmlə mübarizəyə yanaşmanın dəyişdiyini sübut etmək və NATO-ya üzv olmaq üçün təkcə qanunvericilikdə islahat deyil, hərəkətə keçməlidir. Onun sözlərinə görə, İsveçdə Türkiyədə qadağan olunmuş Kürdüstan Fəhlə Partiyasının aksiyaları davam etdiyi halda qanunvericiliyə edilən dəyişikliklər mənasızdır.
Mənbə: BBC