Norveç müdafiə xərclərini “qeyri-real səviyyədə” artırmağa çağırıb

Norveç hökuməti yanında Müdafiə Komissiyasının rəhbəri Knut Storberget bildirib ki, Oslo müdafiə qabiliyyətini gücləndirməlidir, dövlət müdafiə xərclərini “qeyri-real yüksək səviyyəyə” artırmalıdır. Onun sözlərini NRK sitat gətirir.

“Müdafiə qabiliyyətini gücləndirmək lazımdır… Əhəmiyyətli dərəcədə… Təhlükəsizlik haqqında bir daha düşünməliyik. Bu gün gördüyümüz işlər pisdir. Gələcəyin ehtiyacları bizim planlaşdırdıqlarımızdan kənara çıxır”, – Storberget bildirib.

O qeyd edib ki, “xərclər qeyri-real yüksək səviyyəyə çatdırılmalıdır”.

Müdafiə Komissiyası həmçinin vurğulayıb ki, Norveçin müdafiə büdcəsi 2024-cü ildən etibarən “dərhal” 30 milyard NOK (2,7 milyard dollar) artırılmalıdır.

Oxşar xəbərlər