Cənub-Şərqi Norveç Universitetinin professoru Qlenn Dizen ABŞ, Rusiya və Çinə münasibətdə istifadə edilən ikili standartlara diqqət çəkib.
O, bu barədə X sosial media platformasında yazıb.
Dizen “Washington Post” qəzetində dərc olunmuş “Çin və Rusiya Maduronun əsir götürülməsindən Amerika diskursunu pozmaq üçün necə istifadə edir” başlıqlı məqaləyə şərh verib.
O yazıb: “ABŞ Venesuelaya hücum edə, vətəndaşlarını öldürə, prezidentini qaçıra və neftini oğurlaya bilər, amma əsl problem Amerika hərəkətlərini “təhrikedici bəyanatlarla” tənqid edən Rusiya və Çinin “təsir əməliyyatlarında”dır”.













