Norveç Rusiya ilə mümkün müharibəyə hazırlaşırbackend

Norveç ordusu Rusiya ilə tammiqyaslı müharibə baş verəcəyi təqdirdə vətəndaşları evlərinin və nəqliyyat vasitələrinin müsadirəsinə hazır olmağa çağıran minlərlə məktub göndərib. Bu barədə “The Daily Telegraph” qəzeti Norveç hərbi rəsmilərinə istinadən məlumat verib.

Norveç Silahlı Qüvvələrinin Logistika təşkilatının rəhbəri Andres Jernberq nəşrə bildirib ki, ölkə hazırda İkinci Dünya Müharibəsindən (1939-1945) bəri ən ciddi təhlükəsizlik vəziyyəti ilə üzləşir.

Hərbi rəsmi vurğulayıb ki, Norveç cəmiyyəti müdafiə böhranlarına və hətta müharibəyə hazır olmalıdır. O bildirib ki, krallıq hazırda genişmiqyaslı hərbi və mülki hazırlıq mərhələsindən keçir.