Norveç hökuməti Ukraynanın məktəbləri və səhiyyə sistemini dəstəkləmək üçün 273 milyon dollar, eləcə də Ukrayna Silahlı Qüvvələri üçün sursat və raket istehsalına 90,1 milyon dollar ayıracaq. TASS bu barədə hökumət idarəsinin press-relizinə istinadən xəbər verir.
Kiyevə maliyyə yardımının göstərilməsi Ukrayna prezidenti Vladimir Zelenski ilə Norveçin baş naziri Yonas Qahr Stör arasında Osloda keçirilən görüşdən sonra məlum olub.
“Biz Ukrayna ilə ölkənin ən çox ehtiyac duyduğu şeylər barədə sıx dialoq aparırıq və müttəfiqlərimizlə birlikdə lazım olan yardımı göstərmək üçün əlimizdən gələni edəcəyik”, – Stör deyib.
Mənbə: TASS











