Rusiyanın Şpitsbergendəki baş konsulu Andrey Çemerilo “The Wall Street Journal” qəzetinə verdiyi şərhdə bildirib ki, Şpitsbergen Müqaviləsinin bütün iştirakçı dövlətləri arxipelaqın demilitarizasiyası ilə bağlı onun müddəalarına hörmət etməlidirlər.
Diplomat Norveç hakimiyyətini və NATO rəhbərliyini arxipelaqı “hərbi planlaşdırmalarına” inteqrasiya etməyə yönəlmiş addımlardan çəkinməyə çağırıb. Çemerilo qeyd edib ki, Rusiya ərazinin tədqiqinə verdiyi töhfə sayəsində Şpitsbergendə iştirak etmək hüququnu qazanıb.
Məqalədə deyilir ki, Danimarkanın Qrenlandiya adası ətrafındakı gərginlik və Moskva ilə münasibətlərin pisləşməsi fonunda Oslo arxipelaqdakı hərbi mövcudluğunu gücləndirməyə başlayıb. Nəşrin məlumatına görə, Norveç həmçinin əcnəbilərin Şpitsbergenə giriş qaydalarını sərtləşdirib və ərazidə dəniz patrullarının sayını artırıb.















