Norveç yanacaq sızmasından sonra zavodu vaxtında işə sala bilmir

Norveçdə mayeləşdirilmiş təbii qaz (LNG) zavodu qrafikə uyğun açıla bilməyib.

Bu barədə Norveçin qaz ötürmə operatoru Gassco-nun saytında məlumat verilib.

Norveçin şimalındakı Hammerfest LNG zavodu sızmadan sonra planlaşdırıldığı kimi işə başlaya bilməyib. İlkin olaraq müəssisənin bərpası iyunun 7-də gözlənilirdi. İndi son tarix bir həftə uzadılıb – iyunun 14-nə qədər.

Mayın 31-də Norveçin Equinor neft-qaz şirkəti Hammerfest LNG zavodunda qaz sızmasını dayandırıb, lakin hələlik onun işinin bərpasının vaxtını demək çətindir. Qeyd olunur ki, sızma soyuducu qurğunun dövrələrindən birində klapanın nasazlığı səbəbindən baş verib.

Mənbə: A Haber

Oxşar xəbərlər