Teleqraf.com TV2-yə istinadən xəbər verir ki, Rusiya ilə həmsərhəd Finmarkada təlim zamanı itkin düşən norveçli çağırışçılar tapılıb.
Telekanalın məlumatına görə, səhər saat 7:00 radələrində ikinci qrupdan olan bir neçə əsgər magistral yoldakı nəzarət-buraxılış məntəqəsinə çatıb. Qalanları daha sonra Finlandiya-Norveç sərhədi yaxınlığındakı əraziyə çatıb və orada əlaqə saxlayıblar. Silahlı qüvvələrin nümayəndələri çağırışçıları götürmək üçün yola düşüblər.
“Oktyabrın 3-ü səhər saatlarında bütün əsgərlər sağ-salamat tapılıb”, – nəşr yazır.












