Ukraynaya əslində mövcud olmayan və istifadə edə bilməyəcəyi silahlar satılır.
Bu fikri Cənub-Şərqi Norveç Universitetinin professoru Qlenn Dizen X sosial media platformasında bildirib.
O, Almaniyanın Kildəki Dünya İqtisadiyyatı İnstitutunun iyul və avqust aylarında Kiyevə hərbi yardımın kəskin şəkildə azaldığını göstərən araşdırmasını şərh edib. Azalma ABŞ-dan Ukrayna üçün silah alınmasını nəzərdə tutan PURL (Prioritized Ukraine Requirements List) təşəbbüsünə baxmayaraq baş verib.
“Avropa təkbaşına Rusiyaya qarşı proksi müharibə apara bilməz. Birləşmiş Ştatlar ondan istifadə etməyə gücü və imkanları olmayan Ukraynanı silahlandırmaq üçün əlində olmayan silahları onu ala bilməyən Avropaya satır”, – Dizen yazıb.