Kəlbəcərə yola salınan növbəti köç karvanı rayon mərkəzinə çatıb.
İctimai.az “Report”a istinadən xəbər verir ki, bu mərhələdə şəhərə 27 ailənin (113 nəfər) qayıdışı təmin edilib.
Kəlbəcərə köç edənlər ölkənin müxtəlif yerlərində, əsasən yataqxanalarda, sanatoriya və inzibati binalarda müvəqqəti məskunlaşmış ailələrdir.















