Növbəti tarixi hadisə…backend
2024-cü il sentyabrın 1-də Azərbaycan Respublikası Milli Məclisinə keçiriləcək növbədənkənar seçkilərin təşviqat mərhələsi çərçivəsində Yeni Azərbaycan Partiyası (YAP) tərəfindən 83 saylı Beyləqan seçki dairəsindən deputatlığa namizədliyi irəli sürülmüş Şahin İsmayılovun Beyləqan şəhər seçiciləri ilə görüşü keçirilib.YAP Beyləqan rayon təşkilatının sədri Müşfiq Səfərov görüşü giriş sözü ilə açaraq partiyanın seçki marafonuna “Yen dövrə Yeni Azərbaycanla!” şüarı ilə qatıldığını bildirib. O, ölkəmizin siyasi sistemində aparıcı rola malik olan Yeni Azərbaycan Partiyasının bu seçkilərə Prezident İlham Əliyevin rəhbərliyi ilə əldə edilən möhtəşəm ümumxalq Zəfərindən sonra yaranmış reallıqlardan irəli gələn hədəflərlə getdiyini deyib.

Deputatlığa namizəd Şahin İsmayılov YAP-ın seçki platforması haqqında ətraflı məlumat verib: “Azərbaycan Prezidenti İlham Əliyev regionda yaranan yeni reallıqların müəllifidir və ölkəmiz dünya ölkələri arasında söz sahibidir. Prezidentin uğurlu fəaliyyəti nəticəsində Azərbaycanın əldə etdiyi uğurlar günbəgün artır”.

Görüş iştirakçıları YAP-ın namizədinə mütləq dəstəyini ifadə ediblər.

Qeyd edək ki, Şahin İsmayılov, eyni zamanda, rayonun Mayak qəsəbəsi, Orta Əlinəzərli, Eyvazalılar və Tatalılar kəndlərində də bir sıra görüşlərdə iştirak edərək təşviqat kampaniyasını davam etdirib.