Növbəti tarixi hadisə…backend
2024-cü il sentyabrın 1-də Azərbaycan Respublikası Milli Məclisinə keçiriləcək növbədənkənar seçkilərin təşviqat mərhələsi çərçivəsində Yeni Azərbaycan Partiyası (YAP) tərəfindən 83 saylı Beyləqan seçki dairəsindən deputatlığa namizədliyi irəli sürülmüş Şahin İsmayılovun YAP Beyləqan rayon təşkilatının qərargahında ilk dəfə səs verəcək gənc seçicilərlə görüşü keçirilib.

Görüşü giriş sözü ilə açan YAP Beyləqan rayon təşkilatının sədri Müşfiq Səfərov partiyanın seçki marafonuna “Yen dövrə Yeni Azərbaycanla!” şüarı ilə qatıldığını bildirib. O, ölkəmizin siyasi sistemində aparıcı rola malik olan Yeni Azərbaycan Partiyasının bu seçkilərə Prezident İlham Əliyevin rəhbərliyi ilə əldə edilən möhtəşəm ümumxalq Zəfərindən sonra yaranmış reallıqlardan irəli gələn hədəflərlə getdiyini deyib.

Çıxış edən deputatlığa namizəd Şahin İsmayılov ölkəmizdə gənclər üçün yaradılan münbit şəraitdən, o cümlədən icra olunan müxtəlif dövlət proqramlarından bəhs edib. Prezident İlham Əliyevin gənclərə yüksək etimad və inamının olduğunu deyən Ş.İsmayılov onların qarşısında duran vəzifələrə toxunub. O, çıxışının sonunda gəncləri seçkilərdə fəal iştirak etməyə və layiq bildikləri namizədə səs verməyə dəvət edib.

Görüşdə iştirak edən ilk dəfə səs verəcək gənc seçicilər də öz növbəsində 1 sentyabr seçkilərində YAP-ın namizədinə səs verəcəklərini vurğulayıblar.

Qeyd edək ki, deputatlığa namizəd, həmçinin rayonun Şitilçilik və Bahar qəsəbələrində, həmçinin Kərim Kərimov küçəsində və bir sıra digər ünvanlarda yaşayan seçicilərlə fərdi görüşlər keçirib.